İsrail Yunanıstan və Kiprlə əlaqələri gücləndirir

   İsrail Yunanıstan və Kiprlə əlaqələri gücləndirir
  13 Mart 2025    Oxunub:458
İsrailin Baş naziri Benyamin Netanyahu cari ayın sonunda Aralıq dənizi ölkələri arasında "Yunan Alyansı"nı gücləndirmək məqsədilə Yunanıstan və Kiprdən həmkarları ilə üçtərəfli sammitdə görüşəcək.
Bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, sammitdən qabaq xarici işlər naziri Gideon Saar bu gün Yunanıstanın paytaxtı Afinaya yollanaraq, yunan və kiprli həmkarları ilə üçtərəfli və ikitərəfli görüşlər keçirəcək.

"XİN rəhbərinin səfəri üç ölkənin baş nazirlərinin gözlənilən sammitinə hazırlıq məqsədi daşıyır", - məlumatda vurğulanır.

Baş nazir Benyamin Netanyahu Yunanıstan və Kiprin hökumət başçıları ilə axırıncı dəfə 2023-cü ilin sentyabrında Kiprdə görüşmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Yunanıstan   Kipr   sammit  





Xəbər lenti