Pezeşkian: “Tehran Kiyev deyil”

      Pezeşkian:    “Tehran Kiyev deyil”
  13 Mart 2025    Oxunub:506
İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İranın nüvə silahının hazırlanmasından əl çəkməsi tələbinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, İran prezidenti Kiyevdən fərqli olaraq Tehranın daha müstəqil siyasəti üstün tutduğuna diqqət çəkib.

“Teran Kiyev deyil və onu alçaldılmış şəkildə baş əyməyə məcbur etmək mümkün olmayacaq. Biz rüsvayçılıq içində yaşamaqdansa, şərəflə ölməyi üstün tuturuq”, -Pezeşkian deyib.

İran prezidenti bundan əvvəl demişdi ki, Donald Tramp İslam respublikasını “hədələməyə” davam edəcəyi halda, Tehran nüvə silahı ilə bağlı onunla danışıqlara getməyəcək.

Daha əvəvl isə, İranın Ali dini lideri Əli Xamneyi Tehranın “təcavüzkar” güclərlə danışıqlara getməyəcəyini açıqlamışdı. Onun bu bəyanatı ABŞ prezidenti Donald Trampın İran hakimiyyətinə yeni nüvə sazişi üzrə danışıqlar təklifi ilə bağlı məktub göndərməsindən qısa müddətdən sonraya təsadüf edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Pezeşkian   Kiyev  





Xəbər lenti