İtaliya-Azərbaycan Universitetinin tələbələri yeni binaya köçəcək

 İtaliya-Azərbaycan Universitetinin tələbələri yeni binaya köçəcək
  13 Mart 2025    Oxunub:651
"Azərbaycan və İtaliya etibarlı tərəfdaşdır".
AzVision.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov həmçinin qeyd edib ki, Azərbaycan İtaliyaya neft və qaz ixrac edir.

“İtaliya-Azərbaycan Universitetinin növbəti ildən yeni kampusu tikiləcək, tələbələr yeni binaya köçəcək”, - nazir əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti