Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür

Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür
  13 Mart 2025    Oxunub:928
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək.
AzVision.az “Sky News“a istinadən xəbər verir ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Bəli, düşünürəm ki, bu baş verəcək. Hazırda bu məsələdə açar rolu oynaya biləcək şəxsin yanında oturmuşam”, - Ağ Ev rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti