Bakı Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

   Bakı Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
  15 Mart 2025    Oxunub:588
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
AzVision.az AŞF-nin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, festivaldan əvəvl şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Bakı Kristal Zalında 27 aprel - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək. Şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaqlar.

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir.

AzVision.az


Teqlər: Azərbaycan   şahmat   festival  





Xəbər lenti