Hollivud ulduzunun milyonluq sərvəti övladlarına qalmayacaq

Hollivud ulduzunun milyonluq sərvəti övladlarına qalmayacaq
  15 Mart 2025    Oxunub:501
Hollivud aktyoru Cin Hekman çoxmilyonluq sərvətindən övladlarına heç nə miras qoymayıb.
Bu barədə "The Sun" məlumat yayıb.

Hekmanın əmlakı 80 milyon dollar dəyərində qiymətləndirilir. Ulduzun agentinin dərc etdiyi vəsiyyətə görə, o, bütün pul və var-dövlətini həyat yoldaşı, pianoçu Betsi Arakavaya qoyub. Sənəddə onun uşaqları - Kristofer, Elizabet və Leslinin adı çəkilməyib.

Arakavanın vəsiyyətnaməsində isə qeyd olunub ki, əri ondan artıq yaşamasa belə, onun bütün əmlakı şəxsi nümayəndəsinin idarəçiliyinə verilməlidir. Nümayəndə onun son vəsiyyətinə əsasən, pulu xeyriyyəçilik məqsədləri üçün istifadə etməlidir.

Cütlüyün 3.8 milyon dollarlıq, 800 kvadratmetrlik evinin necə bölünəcəyi məlum deyil.

Hekmanın böyük oğlu Kristofer artıq öz hüquqlarını müdafiə etmək üçün miras məsələləri üzrə ixtisaslaşmış təcrübəli vəkil ilə müqavilə bağlayıb.

Xatırladaq ki, cütlük fevralın sonlarında evlərində cansız vəziyyətdə tapılıblar.

AzVision.az



Teqlər: Sərvət  





Xəbər lenti