Belqradda kütləvi etiraz aksiyaları keçirilir

Belqradda kütləvi etiraz aksiyaları keçirilir
  15 Mart 2025    Oxunub:430
Serbiyada 31 minə yaxın tələbə martın 15-də keçirilən böyük küçə etirazından bir gün əvvəl Belqradda toplaşıb.
AzVision.az xəbər verir ki, Serbiyanın Daxili İşlər nazirliyinin məlumatına istinad edən “Kurir” portalının yazdığına görə, polis ictimai asayişi pozan iki nəfəri həbs edib. “Pioner” parkında traktorlar zədələnib: təkərlər deşilib, kabinalar sındırılıb, onlardan biri aşıb.

Tələbələr Novi Sad, Nis, Kragujevac və digər şəhərlərdən piyada və velosipedlə gəliblər. Ölkə prezidenti Aleksandar Vuçiç aksiyanın hakimiyyətlə razılaşdırılmadığını desə də, təhlükəsizliyin təmin edilməsi üçün polisə göstəriş verib.

Serbiyanın baş naziri vəzifəsindən getdi
Xatırladaq ki, Serbiyada 2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında tavanın uçması və 15 nəfərin ölümündən sonra beş aydır etirazlar davam edir. İştirakçılar “qətl” və “korrupsiya”da günahkarların mühakimə olunmasını tələb edirlər.

Etirazlar fonunda baş nazir Miloş Vuçeviç yanvar ayında istefa verib. Dövlət başçısı Aleksandr Vuçiç, öz növbəsində, etirazları Qərbin təsiri və “rəngli inqilab” təhlükəsi ilə əlaqələndirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Serbiya   etirazlar  





Xəbər lenti