Serbiyanın baş naziri vəzifəsindən getdi
“Düşünürəm ki, mənsub olduğum siyasət, 2012-ci ildən bu günə qədər bütün seçkilərdə - prezident, parlament, yerli - dəfələrlə respublika prezidenti ilə birlikdə qalib gəlmiş, rəhbərlik etdiyim partiya ən yüksək məsuliyyət hissi nümayiş etdirməlidir. Serbiya siyasətində yeni nümunələr, obyektiv şəkildə ən məsuliyyətli olduğunu göstərməlidir. Ona görə də mənim dönməz qərarım Serbiyanın baş naziri vəzifəsindən istefa verməkdir”, - artıq keçmiş baş nazir deyib.
Novi-Sad şəhərinin meri Milan Curiçin də istefa verdiyini bildirən Vuçeviç gecə saatlarında telefon danışığı apardığı Serbiya prezidenti Aleksandr Vuçiçin də onun qərarını dəstəklədiyini diqqətə çatdırıb.
Vuçeviçin istefasına baxmayaraq, hökumət hələlik texniki mandat çərçivəsində işini davam etdirəcək. Baş nazirin istefası demək olar ki, həmişə bütün hökumətin buraxılması deməkdir, çünki onun parlament tərəfindən təsdiqlənməsi baş nazirin təklif etdiyi kabinetin proqramı və tərkibi əsasında baş verir.
Qeyd edək ki, Serbiyada tələbələrin və müxalifətin kütləvi etirazları noyabr ayında Novi-Sad şəhərində dəmiryol vağzalı binasının tavanının uçması nəticəsində insanların həlak olmasından sonra başlayıb. Onların iştirakçıları stansiyanın yenidən qurulması ilə bağlı sənədlərin tam dərci və faciədə günahı olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbini irəli sürüblər. Eyni zamanda, aksiyalarda saxlanılanların hamısının cinayət məsuliyyətindən azad olunması tələb edilib.
Hakimiyyətin fikrincə, etirazların məqsədi hökuməti və prezident Aleksandr Vuçiçi devirməkdir. Dövlət başçısının sözlərinə görə, dörd il ərzində müxtəlif KİV-lər, birliklər, partiyalar və təşkilatlar bu məqsədlər üçün xaricdən 426 milyon avro alıblar. Yanvar ayında isə o, bu məbləğin təxminən artıq bir milyard avroya çatdığını iddia edib.
Bir gün əvvəl ölkədə sabitliyi qorumağa çağıran Vuçuç dünən gecə cəmiyyətdə dialoqa başlamaq zərurətini və nümayişçilərin bəzi tələblərinin yerinə yetirildiyini bəyan edib.
Serbiya prezidenti bildirib ki, iğtişaşlarda iştirak edən 13 tələbə və müəllimin xahişi olacağı halda, onları əfv etməyə hazırdır. Aleksandr Vuçuç, eyni zamanda, etirazçılara hücumda günahlandırılan cəzadan azad etmək niyyətində olmadığını açıqlayıb. Bundan əlavə, hakimiyyət Novi-Saddakı stansiyanın yenidən qurulması ilə bağlı sənədləri dərc edəcəyinə söz verib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Serbiya Vuçeviç istefa