HƏMAS daha çox girovun azad edilməsi şərtini açıqlayıb

HƏMAS daha çox girovun azad edilməsi şərtini açıqlayıb
  15 Mart 2025    Oxunub:503
İsrail Qəzzada atəşkəs razılaşmasına əməl edərsə, HƏMAS amerikalı-israilli girovu azad edəcək və daha dörd nəfərin qalıqlarını qaytaracaq.
AzVision.az xəbər verir ki, bu barədə yüksək rütbəli fələstinli rəsmi məlumat verib.

O bildirib ki, HƏMAS bu razılaşmaları müstəsna saziş hesab edir və atəşkəsin ikinci mərhələsi üzrə danışıqların bərpasında israrlıdır.

Bundan əlavə, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına mane olmağı dayandırmalı və öz qoşunlarını zolağın Misirlə sərhədindəki Filadelfi dəhlizindən çıxarmalıdır. Hərəkat həmçinin fələstinli məhbusların azad edilməsini tələb edir.

19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib.

AzVision.az



Teqlər:





Xəbər lenti