Ağdərədə yanğın olub

Ağdərədə yanğın olub
  16 Mart 2025    Oxunub:602
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti