Ötən ay DSMF 24 minə yaxın müraciətə cavab verib

Ötən ay DSMF 24 minə yaxın müraciətə cavab verib
  17 Mart 2025    Oxunub:640
Bu ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə AzVision.az -a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 min 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

AzVision.az



Teqlər:





Xəbər lenti