Əmək hüquqlarını pozan tikinti şirkəti cərimələnib

Əmək hüquqlarını pozan tikinti şirkəti cərimələnib
  17 Mart 2025    Oxunub:653
“Elay İnşaat” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə AzVision.az -a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) iki nəfərin Nəsimi rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru İmanov Elçin Yağub oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3.000 manat məbləğində cərimə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti