Mikayıl Cabbarov İsrailin prezidenti ilə görüşüb

   Mikayıl Cabbarov İsrailin prezidenti ilə görüşüb
  17 Mart 2025    Oxunub:617
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin prezidenti İsxak Hersoqun qəbulunda olub.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, qəbulda Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti