Azərbaycanda doğum sayı artıb

   Azərbaycanda doğum sayı artıb
  17 Mart 2025    Oxunub:604
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 557 doğulan körpə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb.

Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub.

Eyni zamanda cari ilin yanvar ayı ərzində ölkədə 5 727 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti