Serb polisi etirazlar zamanı qadağan olunmuş cihazdan istifadə edib

Serb polisi etirazlar zamanı qadağan olunmuş cihazdan istifadə edib
  17 Mart 2025    Oxunub:553
Serb Təhlükəsizlik və İnformasiya Agentliyi təhlükəsizlik qüvvələrinin Belqradda keçirilən son etirazlarda izdihamı dağıtmaq üçün səs topundan istifadə etdiyini inkar edir.
AzVision.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Agentlik bildirir ki, heç kim belə vasitədən istifadə etməyib, kəşfiyyat xidmətinin sərəncamında heç vaxt belə bir cihaz olmayıb.

Bu gün Serbiya müxalifəti Belqradda Novi Sad dəmiryol vağzalında baş vermiş insidentlə bağlı keçirilən etiraz aksiyasında səs topunun istifadəsi ilə bağlı BMT- yə müraciət etmək niyyətində olduğunu bəyan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti