Sibiqa: "Münaqişənin bu il bitəcəyinə ümid edirik"

    Sibiqa:    "Münaqişənin bu il bitəcəyinə ümid edirik"
  18 Mart 2025    Oxunub:490
"Ukrayna belə hesab edir ki, ötən həftə Ciddədə amerikalılarla aparılan danışıqlar 2025-ci ildə münaqişəyə son qoyulması üçün yol açdı".
Bunu Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Hindistanın paytaxtında keçirilən “Raisa dialoqu” politologiya konfransında çıxışı zamanı deyib.

Siyarto: "İki həftəyə sülh bərqərar ola bilər"
"Bizim Ciddədən sonra müharibəni bu il bitirmək üçün fərqli sürətimiz, yeni əlavə imkanlarımız yaranıb. Biz buna hazırıq. Kiyev sülhə nail olmaq üçün maneə sayılmır", - diplomat qeyd edib.

Sibiqanın sözlərinə görə, Kiyev Səudiyyə Ərəbistanında keçirilən görüşdə əldə olunan razılaşmaların icrasına günü sabahdan başlamağa hazırdır.

Sibiqa onu da əlavə edib ki, Kiyev mövcud vəziyyəti daha yaxşı analiz edib anlamaq üçün Vladimir Putin ilə Donald Tramp arasında reallaşcaq telefon danışığının nəticələrini gözləyir. Eyni zamanda, o qeyd edib ki, Ukrayna münaqişənin həllində hələ də özünün “qırmızı xətlərindən” əl çəkmir. Onun sözlərinə görə suverenlik və ərazi bütövlüyü ilə bağlı heç bir kompromis yoxdur, ukraynalılar hərbi imkanlara hansısa məhdudiyyətə razı deyillər və üçüncü ölkələr tərəfindən hər hansı ittifaqda iştiraka veto qoyulmasını istəmirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Münaqişə  





Xəbər lenti