Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib
  18 Mart 2025    Oxunub:455
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiyaya gedənlərin sayı isə 27,7 % azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti