Kreml Trampla Putinin danşığının vaxtını və mövzusunu açıqlayıb

   Kreml Trampla Putinin danşığının vaxtını və mövzusunu açıqlayıb
  18 Mart 2025    Oxunub:484
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqların Moskva vaxtı ilə saat 16:00-18:00 arasında olacağı gözlənilir.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında telefon danışığının həqiqətən Moskva vaxtı ilə saat 16-dan 18-ə kimi olacağını təsdqiləyib. Lakin o, danışığın müddətinin məhdudlaşdırılmadığını və iki dövlət liderlərinin lazım bildikləri qədər danışacaqlarını iddia edib.

Onun sözlərinə görə, prezidentlər Rusiya-Amerika münasibətlərinin normallaşdırılmasını və Ukraynadakı vəziyyətin həllini müzakirə edəcəklər.

“Həqiqətən də Moskva ilə Vaşinqton arasında müəyyən müzakirələr olub. ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Moskvada idi və İstanbulda danışıqlar oldu, bundan əvvəl iki prezident arasında ilk telefon danışığı baş tutdu. Buna görə də, şübhəsiz ki, müəyyən bir anlaşma var. Amma həm ikitərəfli münasibətlərimizin daha da normallaşması, həm də Ukrayna nizamlanması ilə bağlı çoxlu sayda suallar da var. Bütün bunları iki prezident müzakirə etməli olacaq”, – Rusiyanın “TASS” agentliyi Peskovdan sitat gətirir.

O, həmçinin rezidentlər arasında telefon danışığının nəticələri barədə Kremlin mümkün qədər tez məlumat vermək niyyətində olduğunu deyib.

- Adətən etdiyimiz kimi, bu söhbətin nəticəsi barədə sizə məlumat verəcəyik. Biz bunu mümkün qədər tez edəcəyik”, – Vladimir Putinin mətbuat katibi vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Tramp   vaxt   mövzu  





Xəbər lenti