Poroşenko: “İnsan və ərazi itkilərini dayandırın”

      Poroşenko:    “İnsan və ərazi itkilərini dayandırın”
  18 Mart 2025    Oxunub:554
Ukrayna öz xalqını və ərazilərini itirməkdən əl çəkməlidir.
AzVision.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Almaniyanın “Bild” nəşrinə müsahibəsində belə çağırış edib.

“Mənim mesajım belədir: “biz dərhal insanları və əraziləri itirməyi dayandırmalıyıq. Biz dərhal vaxt itkisinə son qoymalıyıq”. Ukrayna ordusu təzyiq altındadır, xüsusilə də Kursk bölgəsində”, - Ukraynanın sabiq lideri vurğulayıb.

Zelenskinin rəqibləri ABŞ ilə gizli danışıqlar barədə xəbərə reaksiya veriblər
Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunu unutmaq lazım olduğunu bildirən Poroşenko Rusiya ordusunu dayandırmağa çağırıb.

Bundan əvvəl Kiyevdə Pyotr Poroşenkonun prezidentliyi dövründə onun Təhlükəsizlik xidməti rəisinin keçmiş müavini Vadim Çuçkovski həbs edilib. O, Moskvadan “seçkilər üçün pulla dolu” çamadanlar almaqda ittiham olunur.

Xatırladaq ki, martın 5-də amerikalı və ukraynalı mənbələrə istinad edən “Politico” nəşri Donald Trampın komnadasının təmsilçilərinin Volodimir Zelenskinin bir sıra siyasi rəqibləri, o cümlədən Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko ilə gizli görüş keçirdiklərini yazmışdı. Lakin onlar bu məlumatı təkzib ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Poroşenko   çağırış  





Xəbər lenti