Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

   Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb
  18 Mart 2025    Oxunub:545
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 23,4 %-i Rusiya, 18,6 %-i Türkiyə, 9,9 %-i Hindistan, 9,3 %- İran, 5 %- Gürcüstan, 3,3 %-i Qazaxıstan, 3,2 %-i Pakistan, hər birindən 2,9 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı, 1,8 %-i Küveyt, 1,7 %-i Özbəkistan, 1,6 %-i Çin, hər birindən 1,4 % olmaqla Türkmənistan və Ukrayna, 1,2 %-i İsrail, 1,1 %-i Oman, 11,3 %-i digər ölkələrin vətəndaşları olub, 72,2 %-ni kişilər, 27,8 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 %, Hindistandan - 44 %, Qırğızıstandan - 25,7 %, Qazaxıstandan - 21 %, Pakistandan - 19,6 %, Misirdən - 18,9 %, ABŞ-dan - 17,4 %, Niderlanddan - 16,5 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 % azalaraq 11 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 % azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 % azalaraq 107,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,8 % artaraq 158,1 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 %-i hava, 27,2 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti