İran valyutası yenə dəyərini itirdi

İran valyutası yenə dəyərini itirdi
  18 Mart 2025    Oxunub:491
Bu gün (18 mart) İranda qara bazarda 1 ABŞ dolları 1 milyon riala alqı-satqı olunub.
AzVision.az xəbər verir ki, bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ötən gün İranda 1 ABŞ dolları 939 min rial təşkil edib.

Hazırda ölkədə 1 avronun dəyəri 1,08 milyon rialdır. Ötən gün isə 1 avro 1,02 milyon rial təşkil edib.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.

İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 579 min rial, 1 avro isə 632 min rialdır.

AzVision.az



Teqlər:





Xəbər lenti