Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər
  18 Mart 2025    Oxunub:520
Bu gün ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin Ukrayna müharibəsində sülhün və atəşkəsin vacibliyindən danışıblar.

AzVision.az xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Bildirilir ki, hər iki lider bu münaqişənin davamlı sülhün əldə olunması ilə başa çatması barədə razılığa gəliblər. Tərəflər, həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.

“Bu münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkətin atəşkəsin energetika və infrastruktur baxımından əldə olunması, Qara dənizdə atəşkəsin həyata keçirilməsi, tam atəşkəs və daimi sülhün əldə edilməsi üzrə texniki danışıqlarla başlamaq barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.

AzVision.az



Teqlər:





Xəbər lenti