“Neft Daşları”nda kran dənizə düşüb, ölən var

“Neft Daşları”nda kran dənizə düşüb, ölən var
  18 Mart 2025    Oxunub:474
“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumat verib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti