KİV: Tramp İrana yeni nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib

KİV: Tramp İrana yeni nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib
  19 Mart 2025    Oxunub:490
ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamneyiyə ünvanladığı məktubda, İranın nüvə proqramı ilə bağlı yeni sazişin bağlanması üçün Tehrana iki ay vaxt verib.
AzVision.az xəbər verir ki, bu haqda Axios mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, martın 7-də Tramp öz “Truth” səhifəsində Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən məktub önvanladığını yaıb.

İran lideri isə Trampın bu bəyanatını şərh edərkən ölkəsinin ABŞ-la dialoqa getməyəcəyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti