Qadını şəkilləri ilə şantaj edən tutulub

Qadını şəkilləri ilə şantaj edən tutulub
  20 Mart 2025    Oxunub:553
Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

AzVision.az


Teqlər:





Xəbər lenti