Anklavda eskalasiya I 700-dən çox fələstinli ölüb

      Anklavda eskalasiya I    700-dən çox fələstinli ölüb
  20 Mart 2025    Oxunub:580
İsrailin Qəzza zolağının bəzi hissələrinə son aviazərbələri nəticəsində həlak olan 700-dən çox fələstinlinin cəsədi anklavdakı tibb müəssisələrinə çatdırılıb.
Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Tibb işçilərinin bildirdiyinə görə, hazırda Qəzza xəstəxanalarında son günlər İsrailin bombardmanları nəticəsində həlak olan yerli sakinlərdən 710 nəfərin cəsədi var.

Vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində yaralanan 900-dən çox insan anklavdakı tibb müəssisələrinə aparılıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, martın 18-də anklavda eskalasiyanın yeni mərhələsi nəticəsində 436 nəfər ölüb, 678 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti