Qərb Kiyevə ilkin hərbi yardımı 35 milyard azaldıb

   Qərb Kiyevə ilkin hərbi yardımı 35 milyard azaldıb
  20 Mart 2025    Oxunub:687
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təsdiq edib ki, təşkilatın sammitində Kiyevə 40 milyard avro yox, 5 milyard avro dəyərində hərbi yardımın ayrılması nəzərdən keçiriləcək.
O, bunu Aİ sammitinə gələrkən jurnalistlərə açıqlamasında deyib. "Biz Ukraynanın həqiqətən ehtiyac duyduğu yardım təşəbbüsünü müzakirə edəcəyik. Kyevə 5 milyard avro dəyərində sursat verilməsi təşəbbüsü diqqət mərkəzində olacaq", - o deyib.

Aİ ölkələrinin onun Kiyevə 40 milyard avroluq yardım təklifini niyə müzakirə etməməsi ilə bağlı suala o, quruma üzv ölkələrin büdcə problemlərini misal çəkib: "İndi 5 milyard avroluq planı müzakirə etmək realdır". Bundan əvvəl Avropa Komissiyası 2025-ci ildə Ukraynaya 2 milyon artilleriya mərmisi vermək niyyətində olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti