Ərdoğan CHP sədrinin vətəndaşları küçələrə çıxmağa çağırmasını tənqid edib

“İstanbulda korrupsiya əməliyyatını bəhanə edib küçələrimizdə xaos yaratmağa çalışdıqlarının şahidi oluruq. Sırf öz sərvətləri, qazanc planları pozulmaması üçün millətimizin əmin-amanlığını təhdid edənlərə, Türkiyəni terrorla hədələyəməyə çalışanlara göz yummayacağıq”, - deyə o qeyd edib.
Türkiyə Prezidenti millətin qardaşlığının pozulmasına imkan verilməyəcəyini vurğulayıb: “Unutmayın, CHP sədrinin dəvət etdiyi küçə çıxılmaz küçədir. Oğurluğu, soyğunçuluğu, qanunsuzluğu müdafiə etmək üçün məhkəmə zallarını deyil, küçələri göstərmək çox böyük məsuliyyətsizlikdir. Marjinalların arxasınca getmək, polislərimizə hücum etmək, hakimlərimizi və prokurorlarımızı hədələmək, qanunsuz yollara əl atmaq sizi bu ölkədə daha heç yerə aparmayacaq. Türkiyə küçədə tapılmış ölkə deyil, küçə terroruna təslim olmayacaq”.
AzVision.az
Teqlər: