Tramp Co Baydenə daha bir zərbə endirdi

   Tramp Co Baydenə daha bir zərbə endirdi
  22 Mart 2025    Oxunub:791
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyasındakı yüksək vəzifəli məmurların, eləcə də ailə üzvlərinin məxfi məlumatlara çıxışını ləğv etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bununla bağlı Ağ Ev müvafiq memorandum paylaşıb.

“Mən belə qənaətə gəldim ki, aşağıdakı şəxslərin məxfi məlumatlarına çıxışı artıq milli maraqlara uyğun deyil: Antoni Blinken, Ceykob Sullivan, Liza Monako, Mark Zaid, Norman Eizen, Letitsia Ceyms, Elvin Breqq, Endryu Vayssman, Hillari Klinton, Elizabet Çeyni, Kamala Harris, Adam Kinzinger, Fiona Hill, Alexandr Vindman, Cosef R. Bayden və oğul Cozef Baydenin ailəsinin hər hansı digər üzvü”, - məlumatda vurğulanır.

Məxfi məlumatlara çıxış almaqdan bağqa, Tramp adları çəkilən şəxslərin hamısını müşayiət olmadan hökumət tərəfindən qorunan obyektlərə baş çəkmək hüququndan məhrum etmək əmrini də verib.

Xatırladaq ki, fevralın əvvəlində Donald Tramp keçmiş prezident Baydenin özünü məxfi məlumatlara girişdən məhrum edib və bu qərarı sələfinin “pis yaddaşı” ilə əsaslandırıb.

- Keçmiş Dövlət katibi Blinken və prezidentin Milli Təhlükəsizlik üzrə müşaviri Sallivan məxfi məlumatlara çıxışı itiriblər”, - elə həmin ay “Reuters” agentliyi yazmışdı.

Baydenin övladlarının dövlət mühafizəsi dayandırıldı
Həmçinin, mart ayının əvvəlində Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı onun Rusiya ilə “əlaqələrini” öyrənən tədqiqatçılarla işləyən “Perkins Coe” hüquq firmasının işçilərinin məxfi məlumatlara çıxışına qadağa qoydu.

ABŞ-nin keçmiş prezidentləri zəruri hallarda hazırkı dövlət başçılarına milli təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı məsləhət vermək üçün kəşfiyyat hesabatları alırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin övladlarının dövlət tərəfindən mühafizə olunmasına da xitam verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Bayden   qadağa  





Xəbər lenti