"Crocus City Hall" qurbanlarının xatirəsinə memorial abidə ucaldılıb

"Crocus City Hall" qurbanlarının xatirəsinə memorial abidə ucaldılıb
  22 Mart 2025    Oxunub:815
2024-cü il martın 22-də "Crocus City Hall"da törədilən terror aktının qurbanlarının xatirəsinə memorial abidə ucaldılıb.
AzVision.az bu barədə News.ru-ya istinadən xəbər verir.

Abidənin açılışından sonra yüzlərlə şəxs oraya gələrək memorialın qarşısına gül dəstələri qoyub.

Qeyd olunur ki, layihənin müəllifi "Crocus Group"un rəhbəri Araz Ağalarovdur.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "Terror aktı" maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı 10-dan çox şəxs saxlanılıb.

2025-ci il fevralın 27-də "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Crocus City Hall"un gələcək taleyinin hələ də qeyri-müəyyən olduğunu bildirib. O qeyd edib ki, konsert zalı yararsız vəziyyətdədir və onun bildiyinə görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov binanın bərpa edilməyəcəyini bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti