Qonaq getdiyi evdə dəm qazından öldü

Qonaq getdiyi evdə dəm qazından öldü
  24 Mart 2025    Oxunub:1204
Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb.
Hadisə martın 24-ü səhər saatlarında Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Müayinə zamanı onun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək üçün Bakıdan Zaqatalaya gəlibmiş.
AzVision.az



Teqlər:





Xəbər lenti