Yanvar-fevralda 37 milyon dollara yaxın kərə yağı idxal edilib

Yanvar-fevralda 37 milyon dollara yaxın kərə yağı idxal edilib
  24 Mart 2025    Oxunub:1000
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,9 %-ni təşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti