Polşadan Azərbaycana pul köçürmələri azalıb

Polşadan Azərbaycana pul köçürmələri azalıb
  24 Mart 2025    Oxunub:1006
2024-cü ildə Azərbaycandan Polşaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 5,6 milyon ABŞ dolları təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 18,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Polşaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 0,9 %-dən 1,1 %-ə çatıb.

Ötən il Polşadan Azərbaycana isə fiziki şəxslər 3,9 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.

Bu, əvvəlki ilə nisbətən 5,8 % azdır.

İl ərzində Polşadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 0,2 %-dən 0,4 %-a çatıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti