Lukaşenko İlham Əliyevi təbrik edib

 Lukaşenko İlham Əliyevi təbrik edib
  25 Mart 2025    Oxunub:847
Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Təbiətin oyanışı və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".

AzVision.az


Teqlər: Belarus   Prezident   təbrik  





Xəbər lenti