İlham Əliyev Banqladeş Prezidentini təbrik edib

   İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
  26 Mart 2025    Oxunub:1228
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respurlikasının Prezidenti Məhəmməd Şahabuddini təbrik edib.
Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə
Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 mart 2025-ci il

AzVision.az


Teqlər: Azərbaycan   Banqladeş   təbrik  





Xəbər lenti