Macarıstan qondarma soyqırımına abidə ucaltdı

Macarıstan qondarma soyqırımına abidə ucaltdı
  22 Aprel 2013    Oxunub:1301
Şənbə günü Macarıstanın Seqed şəhər parkında qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Xristian Həmrəylik parkında, Seqed kilsəsinin yanında ucaldılan abidənin açılışını Ermənistanın Macarıstandakı səfiri Levon Sərkisyan edib. Prezident Sərkisyanın qardaşı iki ölkə arasında çətin dövrlərin arxada qaldığını, Ermənistan və Macarıstan arasındakı yüz illik tarix və dostluğun gələcək əlaqələrin inkişafından xəbər verdiyini deyib.

Macarıstanın xarici işlər naziri Janos Martoni isə mərasimdə şəxsən iştirak etməsə də göndərdiyi məktubda səfirin sözlərini təsdiqləyib və ikitərəfli əlaqələrin inkişafını xüsusi vurğulayıb.



Teqlər:  





Xəbər lenti