Sərnişin avtobusu ilə minik maşını toqquşub

Sərnişin avtobusu ilə minik maşını toqquşub
  27 Mart 2025    Oxunub:1176
Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
AzVision.az xəbər verir ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti