Boyu 1.50-dən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək
Bildirilir ki, boyu 1.50 sm-dən az olan vətəndaşlara avtobus, kamaz, tramvat kimi nəqliyyat vasitələrini idarə etmək qadağan ediləcək.
Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən yaxın vaxtlarda həyata keçiriləcək bu yeniliklə boyu qısa olan vətəndaşlara C, CE, D, DE, Tm və Tb kimi sürücülük vəsiqləri verilməyəcək. Bu yenilik sayəsində ölkədə yol qəzalarının azalacağı düşünülür.
Bu xəbər isə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
AzVision.az