Çin biznesmenləri Naxçıvanda

Çin biznesmenləri Naxçıvanda
  22 Aprel 2013    Oxunub:1275
Çinli biznesmenlərin Naxçıvana marağı artır. Naxçıvanda Cin xalq respublikası və Naxçıvan muxtar respublikasının iş adamaları arasında keçirilən biznes forum da buni təsdiqləyib.
Görüş yeni istifadəyə verilən Naxçıvan Biznes Mərkəzində baş tutub. Çinli qonaqları mərkəzdə sərgilənən, Naxçıvanda istehsal edilən ekoloji cəhətdən təmiz olan qida və kənd təsərrüfatı məhsulları, mineral sular və tibbi dərmanlar daha çox cəlb edib. Tikinti materialları, mərmər və travertin nümunələri də marağa səbəb olub.

Çinli qonaqlar ləzzətini uzun zaman unuda bilməyəcəkləri məşhur Naxçıvan tərxununun da dadına baxıblar.
- Gələcəkdə bu məhsulların Çinə də ixrac edilməsi üçün sadəcə, sertifikatlaşma lazımdır. Bundan başqa, biz Naxçıvanda istehsal edilən avtomobillər üçün Çindən ehtiyat hissələrinin gətirildiyini öyrəndik. Deməli, bu əməkdaşlağın əsası artıq qoyulub. Mənimlə bura gələn biznesmenlər də yəqin ki, müxtəlif sahələrdə əməkdaşlıq edəcəklər. Biz Naxçıvanla ticarət əlaqələrinin qurulmasında maraqlıyıq,- bunları isə Çin Beynəlxalq Təşviq Şurasının sədr müavini Jang Vei bildirib.

Səməd Canbaxşıyev


Teqlər:





Xəbər lenti