Milyonçular bu ölkədə yaşamağa üstünlük verir

Milyonçular bu ölkədə yaşamağa üstünlük verir
  28 İyul 2014    Oxunub:1261
Beynəlxalq “ Wealthinsght” analitik portalı dünyanın məşhur milyonerlərinin daha çox yaşadıqları 20 şəhərin siyahısını tərtib edib.
Siyahıda əsasən daşınmaz əmlakları deyil, bank hesablarında yalnız xalis milyonları olan şəxslər yer alıblar.

Siyahıya Monako şəhəri başçılıq edir. Dünya milyonerlərinin 29,21 faizi məhz bu şəhərdə yaşayır.

İkinci yerdə 27,34 faizlə İsveçrənin Sürix şəhəri yer alıb. Bu ölkənin daha bir şəhəri - Cenevrə 17,92 faizlə üçüncü yerdədir. Sonrakı yerlərdə Nyu York (4,63 faiz), Frankfurt (3,88), London (3,39), Oslo (2,90), Sinqapur (2,80), Amsterdam (2,67), Florensiya (2,59), Hong Kong (2,58), Roma (2,54), Dublin (2,40), Doha (2,34), Toronto (2,29), Venesiya (2,25), Brüssel (2,11), Hyuston (2,9), San-Fransisko (2,7) və Paris (2,4) qərarlaşır.

Siyahıdan göründüyü kimi dünyanın məşhur milyonerlərinin əksəriyyəti Avropa şəhərlərində məskunlaşıblar. Buna səbəb, həmin şəhərlərin ətraf mühitinin yaşamaq üçün daha əlverişli olması göstərilir. (AzərTAc)


Teqlər:  





Xəbər lenti