Qrossi BMT-nin baş katibi olmaq istəyir
Quterreşin varisinin seçilməsi prosesi 2025-ci ilin sonunda, BMT Baş Assambleyası çərçivəsində müvafiq çağırış dərc ediləcəyi vaxt başlayacaq.
“Mən bu barədə düşünürəm və çox ciddi düşünürəm. İndiki məqamda hələlik yalnız bunu deyə bilərəm”, - Rafael Qrossi Argentina Xarici Əlaqələr Şurasının (CARI) iclasında deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatın baş katibi vəzifəsinə namizədi kimi irəli sürülməsi Argentina üçün şərəf olardı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


