`Elektron imza`nın üstünlükləri nədir?

`Elektron imza`nın üstünlükləri nədir?
  28 İyul 2014    Oxunub:1307
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi əhalinin maarifləndirilməsi məqsədilə elektron imzanın üstünlükləri barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin məlumatında “elektron imza” e-sənəd mübadiləsində ən səmərəli vasitə olduğu qeyd olunub. E-imza vasitəsilə virtual məkanda sənəd mübadiləsinin təhlükəsiz və çevik icrası təmin edilir və iştirakçıların şəxsiyyəti müəyyən olunur. E-imza kargüzarlıq proseduralarının elektronlaşdırılması və bununla bağlı kağız əməliyyatlarının ləğv edilməsində açar rolunu oynayır.

Elektron imza vətəndaş-hökumət, hökumət-vətəndaş, biznes-hökumət, hökumət-biznes arasında elektron informasiya münasibətlərini təmin edir.


Teqlər:





Xəbər lenti