Bakıda qeyri-adi zibil qabları – VİDEO

Bakıda qeyri-adi zibil qabları – VİDEO
  22 Aprel 2013    Oxunub:6812
Azərbaycanın paytaxtı Bakı şəhərində yeni tipli zibil qutularının quraşdırılmasına başlanılıb. İlk dəfə olaraq belə qutular Xırdalan şəhərinin Həzi Aslanov küçəsində quraşdırılıb. Bu qutular digərlərindən fərqli olaraq, pultla idarə olunur.
Belə ki, pultun düyməsini basarkən əsas hissəsi yerin altında gizlədilmiş zibil qutusu yuxarı qalxır, bu zaman xüsusi maşınlarla belə qabları təmizləyən işçilər əsas konteyneri boşaltmaq imkanı əldə edirlər. Bundan sonra isə pultun digər düyməsinə basılır və zibil qutusunun əsas hissəsi əvvəlki kimi yerin altında gizlənir və yalnız zibili atmaq üçün bayır tərəfdə ayaqla açılan kiçik bir hissə qalır.

Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq çörəyin atılması üçün ayrıca çörək qabları quraşdırılıb və bundan sonra artıq çörək həmin qablara atılacaq.
Xəzərxəbər.com




Teqlər:





Xəbər lenti