Aeroport yolunda qəza: xəsarət alanlar var

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edilib ki, 1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
AzVision.az
Teqlər: Qəza