Trampa impiçment irəli sürüləcək

Trampa impiçment irəli sürüləcək
  06 Aprel 2025    Oxunub:523
Yaxın 30 gün ərzində Trampa impiçment irəli sürülməsi planlaşdırılıb.
ABŞ-da prezident Donald Trampın siyasətinə qarşı mitinqlər davam edir. AzVision.az "The Hill" -ə istinadən xəbər verir ki, Texasdan olan demokrat konqresmen El Qrin (Al Green) Vaşinqtonda keçirilən mitinqdə yaxın bir ay ərzində Trampa qarşı impiçment irəli sürəcəyini bəyan edib. O deyib ki, "Amerika prezidenti tutduğu mövqeyə layiq deyil".



Konqresmenin fikrincə, Trampa amerikalıların azadlığını etibar etmək, ondan ədalət gözləmək olmaz:

"Senat onu günahkar elan etməlidir. O, Qoliafdır (Calut- Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə -red.). Ordudakı generallara, Ədliyyə Departamentinə, Respublikaçılar Partiyasına nəzarət edir. Amma dostlar, hər Qoliafın bir Davudu var! O Davud mənəm. Sənin üçün gəlirəm. Allah köməyin olsun!"

Bu arada, Ağ Evin mətbuat katibinin köməkçisi Liz Huston "The Hill" nəşrinə açıqlamasında Trumpın "mövqeyinin aydın olduğunu, onun sosial və səhiyyə sahələrində təhlükəsizliyi qoruyacağını" söyləyib.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti