Husilərin kəşfiyyat rəhbəri öldürülüb

   Husilərin kəşfiyyat rəhbəri öldürülüb
  08 Aprel 2025    Oxunub:714
ABŞ Hərbi Hava Qüvvələrinin Yəmənin cənubuna aviazərbələri nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının kəşfiyyat rəhbəri Əbdülnasir Əl-Kamali öldürülüb.
Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalının məlumatına görə, gecə saatlarında ümumilikdə 11 aviazərbə paytaxt Səna şəhərinə və ətraf ərazilərə tuşlanıb. Eyni zamanda, daha 9 hava hücum ilə ölkənin qərbindəki Mərib şəhəri bombalanıb.

"Husi" qruplaşması Əl-Kamalinin ölməsi ilə əlaqədar hələlik hər hansı şərh verməyib.
ABŞ Yəməni bombalayıb

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   husilər   aviazərbə   rəhbər  





Xəbər lenti