Divanın altından köhnə lotereya tapdı, 50 min pul uddu

Divanın altından köhnə lotereya tapdı, 50 min pul uddu
  08 Aprel 2025    Oxunub:842
ABŞ-da maraqlı hadisə baş verib.
UPI-nin yaydığı məlumata görə, bir kişi anasına evdə köhnə mebellərin yerini dəyişməyə kömək edən zaman 50.000 dollar irəli düşüb.

Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb
"Amerikalı köhnə divanlardan birinin arxasında Milad bayramında ailəyə verilmiş üç ani uduşlu lotereya bileti tapdığını söyləyib. Bundan sonra o, anasından lotoreyanın qoruyucu təbəqəsini silməsi üçün icazə istəyib. Hətta o, qazanılacaq uduşu valideyni ilə bölüşməyə razılaşıb", - nəşr yazıb.

Kişi jurnalistlərə deyib ki, lotoreyanı həyat yoldaşı ilə evdə yoxladıqdan sonra məlum olub ki, bir biletdə 6, digərində 15, üçüncü biletdə isə 50 min dollar uduş var.

"Anam razılaşdığımızdan daha çox pul alacaq", - şanslı amerikalı deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lotereya   ABŞ  





Xəbər lenti