Mikayıl Cabbarov təqdim edildi

  22 Aprel 2013    Oxunub : 437
Mikayıl Cabbarov təqdim edildi
Yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin işçilərinə təqdim olunub.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyində geniş iclas keçirilib. Yeni nazirin təqdimatını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib.

Ramiz Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını verib. Təqdimatda sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Bu gün keçirilən iclasda sadəcə, yeni nazir təqdim olunub, hansısa kadr dəyişikliyi edilməyib.

Xatırladaq ki, aprelin 19-da prezident ilham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib və onun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin olunub.

AzVision.az

Teqlər: