Rusiya Xarkova və Sumıya hücuma keçib

“Mən deyə bilərəm ki, prezident tamamilə haqlıdır və bu hücum faktiki olaraq artıq başlayıb”, - USQ-nin Baş Komandanı bildirib.
Onun sözlərinə görə, bunu, xüsusən, artıq bir həftəyə yaxındır ki, düşmənin bütün əsas istiqamətlərdə hücum hərəkətlərinin sayının təxminən iki dəfə artması sübut edir.
Qeyd edək ki, Ukrayna prezidenti Parisdə Avropa liderlərinin Kiyevə dəstək görüşündə ölkə kəşfiyyatının məlumatlarının Rusiyanın Sumi, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumlara hazırlaşdığını göstərdiyini bildirib.
- Bizim kəşfiyyatın məlumatına görə, Rusiya Sumi, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumlara hazırlaşır. Onlar danışıqları süründürür və vaxt qazanmaq üçün ABŞ-ni saxta “şərtlər”lə bağlı sonsuz mənasız müzakirələrə sürükləməyə, sonra isə daha çox torpaq ələ keçirməyə çalışırlar”, - Volodimir Zelenski vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az