Kanada Trampa cavab verir

   Kanada Trampa cavab verir
  09 Aprel 2025    Oxunub:724
Aprelin 9-da Kanadada ABŞ prezidenti Donald Trampın ticarət siyasətinə qarşı əks tədbirlər qüvvəyə minəcək - ABŞ-dən gələn avtomobillərə 25% rüsum tətbiq ediləcək.
AzVision.az xəbər verir ki, Kanadanın baş naziri Mark Karni “X” sosial şəbəkəsində paylaşdığı məlumatda yeni tədbirin həm azad ticarət müqaviləsi ilə əhatə olunmayan avtomobillərə, həm də Kanada və ya Meksika istehsalı olmayan avtomobil hissələrinə şamil ediləcəyini bildirib.

“Prezident Tramp ticarət böhranı təxribatı törətdi və Kanada buna dəqiq və sərt cavab verir”, - Mark Karni yazıb.

Yeri gəlmişkən, Kanada əvvəclə ABŞ-nin demək olar ki, bütün ölkələrə tətbiq etdiyi 10 faizlik baza rüsumları siyahısına düşməyib. Bununla belə, idxal edilən avtomobillərə qoyulan 25 faizlik rüsum Kanada bazarına da təsir göstərib və bu, Ottavanın reaksiyasına səbəb olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kanada   ABŞ   cavab  





Xəbər lenti